01:01

Qəzzada ərzaq məhsullarının qiymətləri kəskin bahalaşıb

Qəzzada ərzaq məhsullarının qiymətləri kəskin bahalaşıb

Lider.com.az istinadən bildirir ki, Qəzza zolağına ticarət təyinatlı yüklərin daşınmasının dayandırılması nəticəsində bölgədə başlıca qida məhsullarının dəyəri əhəmiyyətli dərəcədə bahalaşıb.

Kommersiya məqsədli avtomaşınların keçidinə qoyulan qadağalar artıq beş gündür ki, davam etməkdədir.

Məlumata əsasən, oktyabr ayının 14-dən etibarən un, yumurta, eləcə də soğan kimi gündəlik istehlak mallarının qiyməti qalxıb və yerli əhali sərhəd-keçid məntəqələrinin bağlı qalacağı təqdirdə qida böhranının daha da ağırlaşacağından qorxur.

Qəzzanın rəsmi qurumları beynəlxalq təşkilatlara və vasitəçi tərəflərə müraciət edərək mövcud razılaşmalar çərçivəsində əraziyə hər gün 600 yük maşınınınburaxılmasına nail olmağa çağırış ediblər.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin təqdim etdiyi rəqəmlərə görə, 2026-cı ilin sentyabr ayında Qəzzada ərzağın qiyməti 2023-cü ilin oktyabrından əvvəlki vaxtla müqayisədə təqribən 204 faiz çoxalıb.

Yerli sakinlər məhdudiyyətlərin aradan qaldırılmayacağı təqdirdə ərzaq təminatının daha da çətin bir mərhələyə qədəm qoyacağını vurğulayıblar.