
Lider.com.az istinadən bildirir ki, Amerika lideri Donald Tramp Fransadakı kütləvi etiraz aksiyalarına toxunaraq yerli rəhbərliyi dövlət sərhədlərinə kilid vurmağa dəvət edib.
Birləşmiş Ştatların dövlət başçısı bu ölkədəki böhranı miqrasiya kursu ilə əlaqələndirib.
Tramp sosial media hesabında yazıb: "Fransa yanır! Tamamilə fərqli dünyadan gələn, qəlbləri nifrətlə dolu insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni darmadağın edib. Çox gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün!"
Xatırladaq ki, oktyabrın 17-də Parisdə, eləcə də Fransanın digər yaşayış məntəqələrində benzin və dizel yanacağının bahalaşmasına, həmçinin vətəndaşların alıcılıq imkanlarının daralmasına etiraz olaraq genişmiqyaslı aksiyalar təşkil olunub.
Tədbir təşkilatçılarının yaydığı rəqəmlərə görə, nümayişlərdə 800 min sakin iştirak edib, Fransa Daxili İşlər Nazirliyinin qiymətləndirməsində isə bu rəqəm 550 min nəfər təşkil edib.
Bir çox bölgələrdə etirazlar kütləvi iğtişaşlara və hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalara səbəb olub.
Ümumilikdə respublika üzrə 1800 şəxsin nəzarətə götürüldüyü qeyd olunur.
