01:33

Avropa İttifaqının nümayəndəliyi Azərbaycana təbrik ünvanlayıb

Avropa İttifaqının nümayəndəliyi Azərbaycana təbrik ünvanlayıb

Lider.com.az istinadən bildirir ki, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.

Qurumun “X” sosial platformasındakı rəsmi səhifəsində bu barədə paylaşım edilib.

Paylaşımda qeyd olunub: “Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edir.

Qoy bu əlamətdar gün qürur, sevinc və sülh, firavanlıq, tərəqqi dolu gələcəyə yeni ümidlər gətirsin”.