01:59

Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstana səfər edib

Lider.com.az istinadən bildirir ki, parlamentin rəhbəri Sahibə Qafarova oktyabrın 18 tarixində Qırğızıstan Respublikasına səfərə yollanıb.

Bişkekdəki Manas Beynəlxalq Hava Limanında nümayəndə heyətimizi Qırğızıstan parlamentinin sədr müavini Jıldız Taalaybek qızı, ölkəmizin bu dövlətdəki səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.

Parlament sədrinin səfər proqramı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi, eləcə də TÜRKPA-nın sayca 15-ci plenar iclasında qatılması planlaşdırılır.