
Lider.com.az istinadən bildirir ki, Naxçıvan şəhərində insan sağlamlığına ziyan vuran yol qəzası baş verib.
İnsident Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 75-BG-367 dövlət qeydiyyat nömrəli "AzSamand" markalı minik maşını 1994-cü il təvəllüdlü Rəsul Rasim oğlu Zeynalzadəni vurub.
Xəsarət almış 32 yaşlı piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb.
Dərhal hadisə yerinə yol polisi əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma tədbirləri davam etdirilir.
