
Lider.com.az istinadən bildirir ki, Vaşinqton rəsmi Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini yenidən təmin etməyə başlayıb.
Bu barədə məlumatı Ukrayna lideri Volodimir Zelenski NBC telekanalının efirində yayımlanan "Meet the Press" verilişinə verdiyi müsahibədə səsləndirib.
Onun dediklərinə əsasən, bir müddət əvvəl dayandırılan informasiya ötürülməsi prosesi artıq bərpa olunub.
Bununla belə, dövlət başçısı tərəflər arasında məlumat mübadiləsinin dəqiq hansı tarixdə əvvəlki rejiminə qayıtdığını diqqətə çatdırmayıb.
Eyni zamanda, Ukrayna Prezidenti yaxın günlərdə Amerika tərəfi ilə təmasların baş tutacağına inamını ifadə edib.
