02:26

Yunanıstanda yüngül təyyarə çaya düşüb, həyatını itirənlər var

Yunanıstanda yüngül təyyarə çaya düşüb, həyatını itirənlər var

Lider.com.az istinadən bildirir ki, Yunanıstanın Pieriya vilayətində bir mühərrikli kiçik təyyarənin çay yatağına çırpılması nəticəsində iki nəfər həyatını itirib.

İnsident baş verən anda uçuş aparatının göyərtəsində pilotla yanaşı, bir sərnişin də yer alıbmış.

Yunanıstan dövlət televiziyası ERT-nin yaydığı informasiyaya əsasən, qəzaya uğrayan təyyarəni idarə edən pilot yanğınsöndürmə aviasiyasında zəngin təcrübəyə malik şəxs olub.

Hələlik hadisənin başvermə səbəbləri müəyyənləşdirilməyib və faktla əlaqədar olaraq araşdırmalara start verilib.