
Lider.com.az istinadən bildirir ki, Böyük Britaniyanın ölkəmizdəki səfiri Dankan Norman Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkələrimiz arasında tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram!"
