
Lider.com.az istinadən bildirir ki, iki milyon bareldən artıq neft daşıyan iri tanker Hörmüz boğazının cənub akvatoriyasında dəniz minasına çırpılıb və nəticədə gəmidə yanğın qeydə alınıb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Paylaşılan açıqlamada qeyd olunur ki, qaydaları pozan supertanker Hörmüz boğazının cənubunda minaya düşüb və alovlanmağa başlayıb.
SEPAH-ın yaydığı məlumata əsasən, gəmi bütün radar və naviqasiya qurğularını söndürərək, hərbi dəniz qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadan qadağan olunmuş cənub marşrutu vasitəsilə boğazı tərk etməyə cəhd göstərib.
İranın hərbi qurumu insidentə məruz qalan gəminin adını hələlik ictimaiyyətə açıqlamayıb.
