
Lider.com.az istinadən bildirir ki, "Sabah" cari mövsümdə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv üçüncü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubu ilə qüvvəsini sınayıb.
Mübarizə qarşılıqlı hücumlar şəraitində baş tutub və ilk 45 dəqiqədə rəqiblər bir dəfə fərqləniblər. Fasilədən sonra isə qonaq tərəf qələbəni təmin edən topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib - 2:1.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. “Sabah” – “Borussiya Dortmund" 1:2
Qollar: E. Makkarti, 39 - S. Qirassi, 10, 53
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
"Borussiya": Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.
Baş hakim: Xose Arbelora Roxas (İspaniya)
Bakı Olimpiya Stadionu
