
Lider.com.az istinadən bildirir ki, ABŞ-ın dövlət katibi Marko Rubio Hindistanın “News18” telekanalına verdiyi müsahibədə Hörmüz boğazından neft daşımalarının və gəmilərin hərəkətinin hərbi əməliyyatlardan əvvəlki göstəricilərin 80-100 faizinə bərabər olduğunu açıqlayıb.
Rubionun sözlərinə görə, Amerika hərbçiləri dəniz ticarətini qorumaq, eləcə də pilotsuz uçuş aparatları və raketlərdən gələn təhlükələri neytralllaşdırmaq üçün tədbirlər görürlər.
Diplomat Tehranı ticarət gəmiçiliyinə hücumlar təşkil etməkdə və dənizçilərin həyatını riskə atmaqda günahlandırıb.
O, İranla hər hansı razlaşmanın əldə olunmasının mürəkkəbliyini vurğulayaraq, ölkə rəhbərliyini vəsaitləri xalqın rifahına deyil, hərbi ehtiyaclara xərcləməkdə ittiham edib.
