01:32

“Tasnim” agentliyi: Ukrayna İranın sərhədyanı ərazilərində dron dəstələri yerləşdirib

“Tasnim” agentliyi: Ukrayna İranın sərhədyanı ərazilərində dron dəstələri yerləşdirib

Lider.com.az istinadən bildirir ki, Kiyev hakimiyyəti İranın ətrafında yerləşən bir neçə dövlətin ərazisində kiçik PUA-lar və pilotsuz uçuş aparatları bölmələri yerləşdirib.

Bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Agentliyin adını gizli saxlayan mənbədən əldə etdiyi xəbərə əsasən, Ukraynanın həyata keçirdiyi bu tədbirlər həmin bölgədə mikro dronlardan ibarət xüsusi əməliyyat şəbəkəsinin qurulmasını əhatə edir.

İnsayder qeyd edib ki, Ukrayna hərbçilərinin və PUA-larının dislokasiya olunduğu konkret ölkələrin adları hələlik sirr saxlanılır və müvafiq məqamda ictimaiyyətə açıqlanacaq, lakin İraqın Kürdüstan bölgəsində minlərlə kiçik ölçülü dronun yerləşdirildiyi artıq məlumdur.

Həmçinin bildirilib ki, Tehran rəsmiləri Kiyevin bu gedişini Avrointeqrasiya və NATO-nun İrana qarşı yönəlmiş düşmənçilik siyasətinin tərkib hissəsi kimi qiymətləndirir, eləcə də buna adekvat cavab verilməsi istiqamətində müvafiq variantları nəzərdən keçirirlər.

Mənbə qeyd olunan hərəkətləri Ukrayna tərəfi üçün uğursuz təxribat və rüsvayçı addım kimi səciyyələndirib, həmçinin Tehranın Kiyevin bu cür qərəzli fəaliyyətlərindən tam şəkildə xəbərdar olduğunu diqqətə çatdırıb.

Bundan əvvəl Ukraynanın Xəzər hövzəsində İran gəmisinə qarşı hücum təşkil etdiyini və Tehranın həmin düşmənçilik əməlinə səbirlə yanaşdığını xatırladan mənbə, İranın bundan sonra da Avropaya və Ukraynaya ölkəyə zərbə vurmağa yönəlmiş addımlarını davam etdirmək üçün şərait yaratmayacağını bəyan edib.