
Lider.com.az istinadən bildirir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistan ordusunun komandanı feldmarşal Asim Münirlə müzakirələr aparıb.
Parlament rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatlar yalnız Nyu-Yorkda elan olunan yeddi şərti icra etməklə İranın etimadına nail ola bilər.
İslamabadda baş tutan İran-Amerika danışıqlarına toxunan Qalibaf qeyd edib ki, Vaşinqtonun inqilabdan əvvəl və sonrakı destruktiv addımları, həmçinin Tramp administrasiyasının sazişi pozması və davamlı təhdidləri Tehranın inamsızlığını gücləndirib.
Sədr əlavə edib ki, İran silahlı münaqişə tərəfdarı deyil, lakin dövləti və milli qüruru qorumağa hər zaman tam hazırdır və hərbi fəallıqlar ilə təzyiqlər ölkənin strateji qərarlarına heç bir təsir göstərməyəcək.
