
Lider.com.az istinadən bildirir ki, "SpaceX" qurucusu İlon Mask Kiyevin hərbi məqsədli istifadə etdiyi "Starshield" peyk rabitə şəbəkəsinə çıxışın sürətinin endirilməsi barədə əmr verib.
Məsələ ilə bağlı "The Wall Street Journal" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
İnsayderlərin sözlərinə görə, son dövrlərdə İlon Mask və Amerika lideri Donald Tramp Ukrayna tərəfinin Rusiyanın neft emalı müəssisələrinə təşkil etdiyi hücumlardan narahatlıqlarını dilə gətiriblər.
Ötən müddət ərzində isveçrəli sahibkar Ukrayna qüvvələri üçün informasiya mübadiləsi sürətini məhdudlaşdırıb və bunun nəticəsində bir sıra zərbə və ələkeçirici pilotsuz uçuş aparatları praktiki olaraq işlək vəziyyəti itirib.
Nəşrin həmsöhbətlərindən birinin irəli sürdüyü iddiaya əsasən, bu addım məhz Mask tərəfindən təkbaşına atılıb və Ağ Ev rəhbəri bu barədə heç bir tapşırıq verməyib.
