00:17

İlon Mask Ukrayna qüvvələri üçün Starlink bağlantısında məhdudiyyətlərə gedildiyini təsdiqlədi

İlon Mask Ukrayna qüvvələri üçün Starlink bağlantısında məhdudiyyətlərə gedildiyini təsdiqlədi

Lider.com.az istinadən bildirir ki, "SpaceX" korporasiyasının rəhbəri İlon Mask Ukrayna hərbçiləri üçün "Starlink" peyk interneti xidmətlərinə müəyyən məhdudiyyətlərin tətbiq olunduğunu boynuna alıb.

Amerikalı milyarder bu barədə şəxsi "X" səhifəsi vasitəsilə açıqlama yayıb.

O, paylaşımında Kiyev hərbçilərinin "Starlink" sistemindən yararlanmaq şərtlərini pozduğunu iddia edərək, Ukrayna ordusunun zərbə dronlarını istiqamətləndirmək məqsədilə bu şəbəkədən yararlandığını və bunun ölümcül hücumlarla nəticələndiyini vurğulayıb.

Tanınmış iş adamı həmin imkanın ötən həftə qapadıldığını diqqətə çatdırıb və "Bu boşluq ötən həftə aradan qaldırılıb" deyə əlavə edib.

Xatırladaq ki, Ukrayna tərəfi oktyabrın 24-də "Starlink" və onun hərbi modifikasiyası sayılan "Starshield" şəbəkələrinin fəaliyyətinin tətbiq edilən məhdudiyyətlərdən əvvəlki vəziyyətinə qayıtdığını bəyan etmişdi.