
Lider.com.az istinadən bildirir ki, Yəmən husiləri Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanını, eləcə də Yanbu bölgəsində “Saudi Aramco” şirkətinə məxsus təsərrüfatı hədəfə alıblar.
“Ənsar Allah” qruplaşmasının hərbi nümayəndəsi Yahya Səriyə bu barədə məlumat yayaraq detalları açıqlayıb.
Onun sözlərinə görə, Rabik şəhərindəki neft emalı müəssisəsi və ölkənin şərqindən qərb istiqamətinə xam neft daşıyan kəmər də zərbələrə məruz qalıb.
Həmçinin hərbi sözçü qeyd edib ki, əməliyyatların hədəf siyahısına Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanı, Nəcran hava limanı və Xamis-Muşayt hərbi bazası da daxil edilib.
Səudiyyə rəsmiləri və hökuməti baş verənlərlə əlaqədar hələlik heç bir rəsmi açıqlama ilə çıxış etməyiblər.
