
Lider.com.az istinadən bildirir ki, İran tərəfi ABŞ tərəfindən limanlara qoyulan blokadaya son qoyulacağı təqdirdə Hörmüz boğazında gəmiçiliyin fəaliyyətini yenidən təmin etməyi irəli sürüb.
Məsələ ilə əlaqədar olaraq “əl-Arabiyyə” telekanalı məlumat yayıb.
Media qurumunun istinad etdiyi mənbələrin ötürdüyü xəbərə əsasən, rəsmi Tehran bu təşəbbüsü artıq Pakistan vasitəsilə Amerika hökumətinə çatdırıb.
Eyni zamanda, İran İslam Respublikası Vaşinqtonla diplomatik təmasları yenidən başlamağa hazır olduğunu da Pakistana bəyan edib.
Xatırladaq ki, yayılan bu xəbərlə bağlı İran rəsmiləri hələlik hər hansı bir açıqlama verməyiblər.
