
Lider.com.az istinadən bildirir ki, Ukrayna Müdafiə Qüvvələri tərəfindən Rusiyanın Omsk şəhərində yerləşən “Omsk kauçuk” kimya zavoduna hücum təşkil olunub və nəticədə obyektdə güclü yanğın alovlanıb.
Həmçinin sosial şəbəkələrin “Telegram” seqmentində yayılan xəbərlərdə vurğulanır ki, pilotsuz uçuş aparatlarının vasitəsilə həyata keçirilən basqın zamanı zavodun D-3 və D-5 qurğularının yerləşdiyi sahə hədəfə götürülüb, həmçinin D-3 qurğusunda metil-tret-butil efiri istehsal edilir.
Yayılan məlumatlara əsasən, Ukrayna ərazisi ilə sözügedən sənaye müəssisəsi arasındakı məsafə iki min beş yüz kilometrdən artıqdır.
Xatırladaq ki, “Omsk kauçuk” fabriki sintetik kauçuk, aseton, fenol və digər müxtəlif kimyəvi məmulatların istehsalı sahəsində ixtisaslaşmaqla yanaşı, gündəlik istehsal potensialının təxminən iki min ton olduğu qeyd olunur.
Bildirilir ki, bu zavodda hazırlanan sintetik polimerlər rezin-texniki məmulatların istehsalında tətbiq edilir, xüsusi polimer bağlayıcı maddələr isə “İskəndər-M”, “Yars” və “Topol-M” raket kompleksləri üçün bərk raket yanacağının yaradılmasında istifadə olunur.
Baş verən insidentlə bağlı Rusiya rəsmi qurumlarının hələlik heç bir açıqlama vermədiyi bildirilir.
Eyni zamanda, mövcud məlumatlara görə, Omsk şəhərində yerləşən “Ozon” logistika mərkəzinin anbarı da zərbəyə məruz qalıb.
