01:39

Rusiya diplomatlarının İrandan evakuasiya olunması barədə yayılan xəbərlər təkzib edildi

Rusiya diplomatlarının İrandan evakuasiya olunması barədə yayılan xəbərlər təkzib edildi

Lider.com.az istinadən bildirir ki, Rusiyanın Tehrandakı diplomatik nümayəndəliyi ölkədəki rusiyalı diplomatların və mütəxəssislərin guya geri çağırılması barədə yayılan iddialarla əlaqədar rəsmi açıqlama yayıb.

Diplomatik missiya bəzi qərəzli KİV-lərdə səfirlik işçilərinin, eləcə də Buşehr Atom Elektrik Stansiyasının rusiyalı mütəxəssislərinin təxliyə edildiyi haqqında xəbərlərdən xəbərdar olduqlarını bildirib.

Açıqlamada qeyd olunub: "Bununla əlaqədar bildiririk ki, nə səfirliyin əməkdaşları, nə də Buşehr Atom Elektrik Stansiyasında çalışan rusiyalı mütəxəssislər İranı tərk edirlər".

Rusiyanın səfirliyi işlərin əvvəlki qaydada davam etdiyini diqqətə çatdıraraq vurğulayıb: “Bunun əksini iddia edən məlumatlar həqiqətə uyğun deyil və onların mənşəyi də tamamilə aydındır”.