
Lider.com.az istinadən bildirir ki, qonşu ölkədə saxlanılan İbad Hüseynov Azərbaycan səfirliyinin yaxından köməkliyi sayəsində azadlığa buraxılaraq yurdumuza geri dönüb.
Aeroportda media nümayəndələrinin suallarını cavablandıran İbad Hüseynov insident baş verən kimi dərhal ölkəmizin Gürcüstandakı diplomatik nümayəndəliyinə xəbər çatdırdığını qeyd edib.
Onun sözlərinə görə, səfirliyimiz dərhal operativ tədbirlər görüb və dəstək göstərərək onu həmin yerdən birbaşa səfirliyə köçürüb, eləcə də zəruri addımlar atılıb.
İbad Hüseynov əlavə edib ki, onun nədən ötürü saxlanıldığını öyrənməyə çalışsa da, ona heç bir rəsmi izahat təqdim olunmayıb.
