
Lider.com.az istinadən bildirir ki, Azərbaycan yığması FIFA U-15 dünya çempionatı və festivalında mübarizəyə uğurlu nəticə ilə start verib.
Komandamız turnir çərçivəsində özünün ilk matçında Timor-Leste kollektivi ilə münasibətlərini aydınlaşdırıb.
Bakı Kristal Zalının ev sahibliyi etdiyi qarşılaşmada futbolçularımız rəqibini altı cavabsız qolla üstələyiblər - 6:0.
Milli komandamız oktyabrın 25-də saat 12:45-də Andorra ilə, saat 19:30-da isə Avstraliya təmsilçisi ilə qüvvəsini sınayacaq və bu görüşlərin hər ikisi Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Oktyabrın 26-da isə yığmamız saat 11:30-da İsrail komandası, saat 18:15-də isə Haiti təmsilçisi ilə üz-üzə gələcək.
Xatırladaq ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək davam edəcək və FİFA-ya daxil olan 189 ölkənin komandalarının qatıldığı bu mötəbər yarışda mindən yaxın matçın keçirilməsi planlaşdırılır.
