00:34

Naxçıvanda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, yaralılar var

Naxçıvanda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, yaralılar var

Lider.com.az istinadən bildirir ki, Naxçıvan şəhərində dörd nəqliyyat vasitəsinin qatıldığı zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə xəsarət alanlar olub.

İnsident şəhərdəki Topçubaşov küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai", "Audi" və iki "KİA" markalı avtomobillərin toqquşması nəticəsində ümumilikdə beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər – 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, eləcə də 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və Ülvi Quliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar.

Dərhal hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları gəliblər, faktla bağlı araşdırmalara başlanılıb.