
Lider.com.az istinadən bildirir ki, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev azadlıqdan məhrum edilib.
Naxçıvan şəhər Məhkəməsinin çıxardığı hökmə əsasən, Cavid Ağaməliyevin haqqında dörd aylıq müddətə həbs qətimkan tədbiri tətbiq olunub.
Xatırladaq ki, o, dövlətə məxsus vəsaitlərin mənimsənilməsində şübhəli bilinir. Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 179-cu, yəni mənimsəmə maddəsi üzrə ittiham elan edilib.
