
Lider.com.az istinadən bildirir ki, Türkiyə ilə Kanada arasındakı ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qədər irəliləyib.
Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada rəsmi səfərdə olan Kanadanın Baş naziri Mark Karni ilə birgə təşkil edilən mətbuat konfransında bu barədə məlumat verib.
Dövlət başçısı bildirib ki, Kanada dövləti ilə əməkdaşlıq artıq strateji tərəfdaşlıq mərhələsinə keçib və Azad Ticarət Sazişinin bağlanması istiqamətində müzakirələrə cari ilin sonunadək start veriləcək.
