
Lider.com.az istinadən bildirir ki, Avropa Parlamentinin üzvləri Yəməndə yerləşən “Ənsar Allah” qruplaşmasının Avropa İttifaqının terror təşkilatları siyahısına daxil olunması təşəbbüsü ilə çıxış ediblər.
Qəbul olunmuş sənəddə Aİ Şurasına müraciət edilərək hərəkatın rəhbər heyətinin, siyasi və hərbi qanadlarının, habelə təhlükəsizlik və hərbi strukturlarının terrorçu qurumlar siyahısına daxil edilməsi tələb olunub.
Bununla yanaşı, parlamentarilər qruplaşmanın maliyyələşməsinin bütün istiqamətlərinin bağlanmasını, həmçinin husilərə və onların havadarlarına aid aktivlərin və iqtisadi resursların dondurulmasını tələb ediblər.
