02:40

Sabahdan Sahil qəsəbəsində avtobusların marşrut xəttlərində dəyişiklik ediləcək

Sabahdan Sahil qəsəbəsində avtobusların marşrut xəttlərində dəyişiklik ediləcək

Lider.com.az istinadən bildirir ki, Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən Natiq Mustafayev küçəsində oktyabrın 23-dən etibarən təmirlə əlaqədar avtomobillərin gediş-gəlişinə qadağa qoyulacaq.

Bu dəyişikliklər barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yaranmış məhdudiyyətlə əlaqədar olaraq 149, 149E, eləcə də 164 nömrəli müntəzəm marşrut avtobuslarının istiqaməti digər küçələrə yönəldiləcək.