
Lider.com.az istinadən bildirir ki, Avropa qitəsində qarşıdakı noyabr ayı üçün nəzərdə tutulan qaz fyuçerslərinin məbləği min kubmetr üçün 1050 dollar həddini keçib. Belə bir göstərici 2022-ci ilin dekabr ayından bəri ilk dəfədir ki, qeydə alınır.
London birjasının məlumatlarına istinadən, Niderland mərkəzli TTF qaz habında noyabr fyuçerslərinin dəyəri min kubmetr üçün təqribən 1055 dollara, yaxud bir meqavatsaat üçün 91,07 avroya çatıb.
Bildirilir ki, Niderlandın ərazisində yerləşən Title Transfer Facility (TTF) virtual qaz ticarəti mərkəzi sayılır. Burada yaranan fyuçers qiymətləri bütün Avropa qaz bazarının əsas orientirlərindən biri olaraq qəbul edilir.
Xatırladaq ki, Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropa bazarına ixracına 2020-ci il dekabrın 31-dən etibarən start verilib.
