02:09

Ceyms Devid Vens: “Starshield”lə bağlı qərar Vaşinqtonun mövqeyindən asılıdır

Ceyms Devid Vens: “Starshield”lə bağlı qərar Vaşinqtonun mövqeyindən asılıdır

Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlətinin “Starshield” peyk şəbəkəsinə qoşulması məsələsində həlledici amil İlon Maskın qərarları deyil, birbaşa Birləşmiş Ştatların siyasi xəttidir.

Bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens mediaya açıqlamasında bildirib.

O, öz fikirlərini bu cür izah edib: “Mən hesab edirəm ki, İlon Mask özəl korporasiyaya rəhbərlik edir və onun iki ölkə arasındakı münaqişəyə qarışmaq istəməməsi mənə tamamilə aydın görünür. Məncə, məsələ İlonla bağlı deyil. Əsas məsələ ABŞ-ın Ukrayna və Rusiya ilə bağlı hansı mövqedə olmasıdır”.