00:17

Tovuzda qətl törədən və digər şəxsi yaralayan şübhəli şəxs ələ keçirilib

Tovuzda qətl törədən və digər şəxsi yaralayan şübhəli şəxs ələ keçirilib

Lider.com.az istinadən bildirir ki, Tovuz rayonunda bir nəfərin ölümü, digərinin isə yaralanması ilə nəticələnən ağır cinayət işinin üstü açılıb və bunu törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yaşlı Elnur Sadıqov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, tutulan şəxs Nizami Qurbanovu qətlə yetirməkdə, həmçinin kəsici alətlə 1988-ci il təvəllüdlü Ü. Abdullayevə xəsarət yetirməkdə ittiham olunur.

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Ü. Abdullayevə dərhal tibbi yardım göstərilib və onun durumunun ağır olaraq qaldığı bildirilir.

Göstərilən faktla əlaqədar Tovuz Rayon Prokurorluğunda zəruri araşdırmalar davam etdirilir.