02:05

Bakıda yaşayış binasındakı mənzildə çıxan alov söndürüldü

Bakıda yaşayış binasındakı mənzildə çıxan alov söndürüldü

Lider.com.az istinadən bildirir ki, oktyabrın 23-də saat 14:10 radələrində paytaxtın Zığ yaşayış massivindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

TƏBİB-dən verilən məlumata əsasən, dərhal hadisə yerinə təcili tibbi yardım heyəti istiqamətləndirilib.

Həkim briqadası tərəfindən şəxsiyyəti hələlik dəqiqləşdirilməyən bir nəfər qadına yerində zəruri tibbi xidmət göstərilib.

Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin "112" nömrəli qaynar xəttinə Suraxanı rayonunun Zığ qəsəbəsindəki çoxmərtəbəli binalardan birində yanğın baş verməsi barədə xəbər glib.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları səfərbər olunub.

Yanğınsöndürənlərin vaxtında və operativ müdaxiləsi nəticəsində 11 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin mətbəx hissəsindəki alovun əraziyə yayılmasının qarşısı alınıb və qısa müddət ərzində tam söndürülüb.

Hadisə nəticəsində xəsarət alan yoxdur.