02:05

Gəncədə maşının vurduğu piyada həyatını itirdi

Gəncədə maşının vurduğu piyada həyatını itirdi

Lider.com.az istinadən bildirir ki, Gəncə şəhərində avtomobilin vurduğu piyada aldığı ağır xəsarətlərdən tibb müəssisəsində dünyasını dəyişib.

Hadisə oktyabrın 16-da Nəriman Nərimanov prospektində baş verib və hərəkətdə olan nəqliyyat vasitəsi yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Ə.Hüseynovu vurub.

TƏBİB-dən verilən məlumata əsasən, həmin tarixdə gecə saat 23 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanaya yerləşdirilən kişinin vəziyyəti ağır qiymətləndirilib.

Görülən reanimasiya tədbirlərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb və oktyabrın 23-də saat 18:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Faktla əlaqədar olaraq cinayət işi başlanılıb.