
Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski Dobropolye, Konstantinovka, Alekseyevo-Drujkovka, Orexov, Novopavlovka, Novoandreyevka və Velikomixaylovka yaşayış məntəqələrinin rəsmi Kiyevin nəzarəti altında qaldığını bəyan edib.
O, bu açıqlamanı Rusiya lideri Vladimir Putinin Dobropolyenin tutulması barədə səsləndirdiyi iddiaları şərh edərkən dilə gətirib.
Zelenskinin verdiyi məlumata əsasən, Ukrayna hərbçiləri Dobropolye istiqamətində düşmənin hücum cəhdlərini uğurla dəf edir və onların mövqelərə sızmasının qarşısını alır. Eyni zamanda, o, Donetsk, Xarkov və Zaporojye bölgələrinin digər sahələrində də müdafiə xəttinin qorunduğunu vurğulayıb.
Ukrayna Prezidenti qeyd edib ki, cari ilin payız mövsümünün əvvəlindən bəri ölkə qoşunları düşmənin ələ keçirdiyi ərazilərdən daha geniş sahəni geri qaytarmağa müvəffəq olub.
Onun sözlərinə görə, Ukrayna bölmələri cəbhə xəttində təzyiqi zəiflətmir və Zaporojyedən 20 kilometr aralıda rusiyalı hərbçiləri zərərsizləşdirirlər.
