00:34

Bişkek şəhərində TÜRKPA-nın növbəti plenar iclası keçiriləcək

Bişkek şəhərində TÜRKPA-nın növbəti plenar iclası keçiriləcək

Lider.com.az istinadən bildirir ki, 2026-cı ilin 19–20 oktyabr tarixlərində Qırğızıstan parlamentinin – Joqorku Keneşin paytaxt Bişkekdə Türk Dövlətləri Parlament Assambleyasının Şura iclasına və 15-ci plenar toplantısına ev sahibliyi nəzərdə tutulub.

Tədbirin əsas müzakirə mövzusu “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” adlandırılıb.

Yığıncaqda Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, təşkilata ev sahibliyi edən Qırğızıstan və müşahidəçi statusuna malik Şimali Kipr Türk Respublikasının parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin, həmçinin müxtəlif beynəlxalq qurumların, türk əməkdaşlıq təşkilatlarının və tərəfdaş strukturların təmsilçilərinin qatılacağı gözlənilir.

Yubiley xarakterli 15-ci plenar sessiya çərçivəsində Gənc Parlamentarilər Qrupunun və Qadın Parlamentarilər Qrupunun da sayca beşinci toplantıları baş tutacaq.