13:23

Bakının Ramana qəsəbəsində vətəndaşlar tullantı təhvil verərək ağac tingi ala biləcəklər

Bakının Ramana qəsəbəsində vətəndaşlar tullantı təhvil verərək ağac tingi ala biləcəklər

Lider.com.az istinadən bildirir ki, paytaxtın Ramana qəsəbəsində oktyabrın 27-də ekoloji xarakterli “Tullantıları tinglərə dəyiş” aksiyasının təşkili nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə baş tutacaq tədbir zamanı sakinlərə tullantıları ağac tingləri ilə əvəzləmək imkanı yaradılacaq. Şərtlərə görə, ümumi həcmi ən azı 35 litr təşkil edən plastik butulkalar, tutumu 5 litrdən az olmayan şüşə qab və bankalar və ya 10 ədəd istifadə olunmuş batareya gətirənlərə ağac tingləri hədiyyə ediləcək.

Sözügedən aksiya saat 15:00-da Yeni Ramana Şuşa qəsəbəsində, Şuşa Malıbəyli yolu küçəsində yerləşən “Araz superstore” mağazasının önündə gerçəkləşəcək.