
Lider.com.az istinadən bildirir ki, Ağ Evin mətbuat katibi Keti Zaxaria tutduğu postdan kənarlaşdırılıb.
Bu hadisə haqqında informasiyanı şəxsiyyəti açıqlanmayan Ağ Ev rəsmisi təqdim edib.
Yaranmış vəziyyət ABŞ lideri Donald Trampın ictimai sərt reaksiyalardan sonra ona postunda qalmaq məsələsini yenidən gözdən keçirməyi məsləhət görməsindən dərhal sonra reallaşıb.
Birləşmiş Ştatların prezidenti media nümayəndələri ilə söhbətində Zaxaria barədə bildirib: “Ona dedim ki, düşünürəm, xoşbəxt olmaq sənin üçün daha yaxşıdır və onun bu işdə nə vaxtsa xoşbəxt ola biləcəyinə əmin deyiləm. Bu işdə heç nə asan deyil. Ona səmimi şəkildə dedim: “Mən sənin yerində olsaydım, qərarımı yenidən nəzərdən keçirərdim. Bu barədə düşünərdim. Amma məncə, yenidən düşünməlisən”.
Xatırladaq ki, Zaxaria həftənin birinci günü səlahiyyətlərinin icrasına girişmişdi, çərşənbə axşamı isə Ağ Evdə ilk mətbuat brifinqini baş tutmuşdu.
O, ötən həftənin çərşənbə günü mətbuat katibi postu ilə əlaqədar zəng qəbul etdiyini, cümə günü isə Kerolayn Livittin postunu tutmaq təklifini qəbul etdiyini söyləmişdi. Ardınca Tramp onun təyinatını rəsmən elan edərək, açıqlamasında Zaxarianı hüquqşünas kimi təqdim etmişdi.
Son yeddi gün ərzində Kaliforniyadakı Pepperdayn Universitetinin hüquq fakültəsini bitirən Zaxarianın vəkillik imtahanından müvəffəqiyyətlə keçib-keçmədiyi, digər sözlə desək, hüquqşünas adını daşıyıb-daşımadığı ətrafında geniş müzakirələr alovlanmışdı.
