
Lider.com.az istinadən bildirir ki, Kataloniya təmsilçisi “Barselona”nın arxa xətt oyunçusu Aleksandro Balde qış transfer dönəmində komandadan ayrıla bilər.
Gənc futbolçu baş məşqçi Hans-Diter Flikin sərəncamında az şans qazanmasından narahatdır.
Cari mövsüm ərzində ispaniyalı oyunçu yaşıl meydanlarda cəmi 12 dəqiqə qala bilib.
Flik sol cinah müdafiəsi üçün Joau Kanselo və Xavi Espartaya etimad göstərir.
Yaranmış durum fonunda Balde agenti Xorxe Mendeşlə birgə komandadan getmək variantlarını dəyərləndirib.
Xatırladaq ki, müdafiəçinin klubla qüvvədə olan müqaviləsinin müddəti 2028-ci ilə kimi uzadılıb, bazar dəyəri isə 40 milyon avro həcmində qiymətləndirilir.
