01:49

Azərbaycanla bağlı cinayət işi açılan türkiyəli yazıçı xalqdan üzr istədi

Azərbaycanla bağlı cinayət işi açılan türkiyəli yazıçı xalqdan üzr istədi

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Baş Prokurorluğunun barəsində cinayət işi qaldırdığı Türkiyədən olan köşə yazarı Celal Çiftçi səsləndirdiyi fikirlərə görə üzrxahlıq edib.

Sosial şəbəkədəki “X” səhifəsində açıqlama verən Çiftçi qardaş ölkədə yaranmış narazılıq və küskünlükdən kədərləndiyini qeyd edib.

O, Azərbaycan dövlətindən və xalqından səmimi qəlbdən üzr istədiyini vurğulayaraq, üzrünün qəbul olunmasını diləyib.

Yazıqlı media mütəxəssisi qismində hicab mövzusuna olan həssaslığını, habelə etiqad və vicdan azadlığı barədəki baxışlarını çatdırmaq istədiyini söyləyib.

Çiftçi qeyd edib ki, fikirlərini çatdırarkən işlətdiyi ifadələrin hara gətirib çıxaracağını daha dərindən ölçüb-biçməli və mövqeyini daha dəqiq ifadə etməli idi.

Onun sözlərinə görə, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, vətəndaşları hakimiyyətə qarşı qaldırmaq, ölkədə iğtişaş salmaq, eləcə də dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və ya idarəçiliyi ələ keçirməyə çağırış etmək fikrində qətiyyən olmayıb.

Eyni zamanda o, dini düşmənçilik, ayrı-seçkilik və nifrət aşılamaq niyyətini qətiyyətlə rədd etdiyini bildirib və irəli sürülən ittihamlarla razılaşmadığını vurğulayıb.

Xatırladaq ki, ölkəmizdə konstitusiya quruluşunun məcburi şəkildə dəyişdirilməsi, hakimiyyətin qanunsuz yolla ələ keçirilməsi, həmçinin dini zəmində ədavət və nifrətin alışdırılması halları ilə əlaqədar prokurorluq tərəfindən cinayət təqibi başladılıb.