01:49

Bakıda təcili tibbi yardım maşını piyadanı vuraraq öldürüb

Bakıda təcili tibbi yardım maşını piyadanı vuraraq öldürüb

Lider.com.az istinadən bildirir ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Sülh küçəsində təcili tibbi yardım maşını piyadanı vurub.

Hadisə ötən gün günortadan sonra qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan 75 yaşlı Əyyub Babayev dərhal Yeni Klinikaya çatdırılıb.

Tibb işçilərinin həyata keçirdiyi müdaxilələrə baxmayaraq, yaralının həyatını xilas etmək qeyri-mümkün olub.

Məsələ ilə əlaqədar olaraq Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb və istintaq tədbirləri davam etdirilir.