01:49

“Neftçi” “Qarabağ”la qarşılaşma öncəsi tərəfdarlarına çağırış edib

“Neftçi” “Qarabağ”la qarşılaşma öncəsi tərəfdarlarına çağırış edib

Lider.com.az istinadən bildirir ki, Misli Premyer Liqasının səkkizinci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” matçını tribunadan seyr etmək arzusunda olan “ağ-qaralar”ın tərəfdarları üçün Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarında 3130 yer ayrılıb.

Klubun mətbuat xidmətinin yayımladığı açıqlamada bildirilir ki, həmin sektorlara yollanmaq istəyən “Neftçi” sevərlər oktyabrın 17-si saat 17:00-da göstərilən arenanın “B” girişinin ətrafına gəlməlidirlər.

Arenaya daxilolma prosesi yalnız xüsusi QR kodlar vasitəsilə həyata keçirildiyindən, otuz klub işçisi və əlli civarında “Neftçi” könüllüsü azarkeşlərin tribunaya maneəsiz keçidini təmin etmək üçün bütün texniki tədbirləri görəcəklər.

Görüşü 25, 26, 27 və 28-ci sektorlarda “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə birgə izləmək istəyənlər üçün bilet satışları “Palms Sports Arena”nın kassalarında davam etdirilir.

Matç günü saat 17:00-dan etibarən xüsusi ekspres avtobuslar biletli tərəfdarları “Palms Sports Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna daşıyacaq.

Xatırladaq ki, “Qarabağ” və “Neftçi” kollektivlərinin üz-üzə gələcəyi qarşılaşma sabah saat 19:00-da başlayacaq.