
Lider.com.az istinadən bildirir ki, Türkiyənin meqapolisində kəskin hava şəraiti və intensiv yağntılar üzündən həftəsonu planlaşdırılan imtahanlar və dərslər təxirə salınıb.
İstanbul Valiliyi tərəfindən yayılan məlumata görə, güclü leysan ehtimalı ilə əlaqədar bəzi təhsil tədbirləri iki gün müddətinə dayandırılıb.
Məlumatda qeyd olunur ki, oktyabrın 16-da keçirilən Vilayət İctimai Sağlamlıq Şurasının qərarı və meteoroloji proqnozlar nəzərə alınaraq tədbirlər görülüb: "Bu həftəsonu İstanbulda gözlənilən güclü yağışlar və 16 oktyabr 2026-cı il tarixində keçirilən Vilayət İctimai Sağlamlıq Şurasının iclasında qəbul edilən qərara əsasən, Elm və İncəsənət Mərkəzlərindəki bütün əyani dərslər, E-İmtahan Mərkəzlərində keçirilən imtahanlar, 'Dəstək və Təlim Kursları' (DYK), eləcə də Xalq Təhsili Mərkəzlərindəki əyani tədris fəaliyyətləri 17 oktyabr 2026-cı il şənbə və 18 oktyabr 2026-cı il bazar günləri üçün dayandırılmışdır".
