00:34

Fransadakı etiraz aksiyalarında 200-dən çox şəxs tutulub

Fransadakı etiraz aksiyalarında 200-dən çox şəxs tutulub

Lider.com.az istinadən bildirir ki, Fransada benzinin qiymət artımına və vətəndaşların aztəminatlılığına etiraz olaraq təşkil edilən kütləvi yürüşlər əsnasında 272 iştirakçı saxlanılıb.

Məlumata əsasən, həbs edilənlərin yüz altmışdan çoxu birbaşa paytaxt Paris şəhərinin payına düşür.

Təhlükəsizlik qüvvələri Yelisey çölləri prospektində baş tutan icazəsiz yürüş iştirakçılarına qarşı gözyaşardıcı qaz vasitələrindən istifadə ediblər.

Həmçinin vurğulanıb ki, yüzdən artıq nümayişçi dövlət rəhbərliyinin həyata keçirdiyi kursu sərt şəkildə qınayıb və hüquq-mühafizə orqanlarının əleyhinə şüarlar səsləndiriblər.

Etirazçılar Yelisey sarayının yaxınlığındakı ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən maneə yaratdıqdan sonra polis nümayişçiləri ərazidən uzaqlaşdırıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində Klemanso meydanından Konkord meydanına qədər olan istiqamətdə avtomobillərin hərəkətinə qadağa qoyulub.

Xatırladaq ki, oktyabrın 17-də Parislə yanaşı, ölkənin digər bölgələrində də kütləvi aksiyalar təşkil olunub və həmkarlar ittifaqlarının yaydığı rəqəmlərə görə, nümayişlərə yarım milyondan çox insan qatılıb.

Bəzi yaşayış məntəqələrində isə etiraz dalğası iğtişaşlarla müşayiət olunub və polis qüvvələri ilə toqquşmalara səbəb olub.