02:00

Yəməndə husilər tərəfindən saxlanılan 159 nəfər azadlığa buraxılıb

Yəməndə husilər tərəfindən saxlanılan 159 nəfər azadlığa buraxılıb

Lider.com.az istinadən bildirir ki, husilər birtərəfli qaydada 159 məhbusu sərbəst buraxıblar.

Beynəlxalq Qızıl Xaç Komitəsindən verilən məlumata görə, qurumun əməkdaşları azad olunmadan öncə hər bir şəxslə fərdi söhbət aparıblar, onların yaxınlarına məlumat çatdırıblar və evlərinə qayıtmaları üçün zəruri dəstək göstəriblər.

Xatırladaq ki, Yəmən ərazisində husilər ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri arasında hərbi qarşıdurmalar davam edir.