
Lider.com.az istinadən bildirir ki, İranla əvvəlcədən razılaşdırılmadan qanunsuz yolla Hörmüz boğazından keçməyə cəhd göstərən növbəti neft daşıyan gəmi minaya çırpılaraq partlayışa məruz qalıb.
Məsələ ilə əlaqədar İran İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti açıqlama yayıb.
SEPAH-ın yaydığı məlumata əsasən, qəzaya uğrayan su üstü nəqliyyat vasitəsi iki milyon bareldən artıq xam neft daşıyıbmış.
Bildirilib ki, gəmi minaya dəyən kimi onun mühərrik bölməsində şiddətli partlayış qeydə alınıb.
Həmçinin vurğulanıb ki, həmin su nəqliyyatı Hörmüz boğazına daxil olmazdan öncə özünün naviqasiya avadanlıqlarını qəsdən sıradan çıxarıb və ya söndürüb.
Xatırladaq ki, daha əvvəl, şənbə gününə keçən gecə də həmin akvatoriyada bənzər hadisənin baş verdiyi və başqa bir neft tankerinin minaya düşdüyü xəbər verilmişdi.
