01:33

Hörmüz boğazı sahillərində partlayış səsləri duyulub

Hörmüz boğazı sahillərində partlayış səsləri duyulub

Lider.com.az istinadən bildirir ki, İranın cənub ərazisində, Hörmüz boğazına yaxın mövqedə partlayış səsləri eşidilib. Məlumata görə, hadisə Hörmüzqan vilayətində yerləşən Sirik şəhərinin ətrafında qeydə alınıb.

Bölgədə yaşayan sakinlər Kuhestak ərazisində və Sirik şəhərinin müxtəlif yerlərində güclü partlayış səslərinin duyulduğunu bildiriblər. Sözügedən Sirik yaşayış məntəqəsi Hörmüz boğazının şərq istiqamətində, Oman körfəzinin sahilində qərarlaşır.

Hadisənin hansı səbəbdən baş verdiyi, habelə hər hansı dağıntı və ya xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.