
Lider.com.az istinadən bildirir ki, oktyabrın 17-də saat 10:30 radələrində Biləsuvar rayonunda qeydə alınan yol qəzasında xəsarət alan üç nəfər - iki kişi və bir qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Həmin şəxslərə bədənin müxtəlif hissələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Zərərçəkənlərə ilkin zəruri tibbi xidmət göstərildikdən sonra müalicələrini davam etdirmək üçün Kliniki Tibbi Mərkəzə köçürülüblər.
Xatırladaq ki, ağır qəza Biləsuvar-Bəhrəmtəpə şosesinin Səmədabad kəndi ərazisindən keçən hissəsində baş verib.
1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsinin sükan arxasında idarəetməni itirərək maşını aşırıb.
Nəticədə sürücü Tacəddin Yusifov və avtomobildəki sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində həyatlarını itiriblər.
Hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılır.
