
Lider.com.az istinadən bildirir ki, Misir parlamenti Səudiyyə Ərəbistanına qarşı yönələn hücumlar fonunda bu dövlətə dəstək göstərilməsi istiqamətində tədbirlərin nəzərdən keçirilməsi üçün növbədənkənar iclas təşkil edəcək.
Toplantının oktyabrın 18-də baş tutacağı və onun ölkə başçısı Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə çağırıldığı bildirilir.
Xatırladaq ki, əs-Sisi zərurət yaranacağı təqdirdə Misirin Səudiyyə Ərəbistanını qorumağa tam hazır olduğunu bildirib.
Yəməndə husilər ilə koalisiya qüvvələri arasındakı qarşıdurmalar zamanı Səudiyyə Ərəbistanının müxtəlif bölgələri, o cümlədən mühüm enerji obyektləri mütəmadi olaraq raket və pilotsuz uçuş aparatlarının hədəfinə çevrilir.
