
Lider.com.az istinadən bildirir ki, Pakistan ilə Əfqanıstanın sərhəd xəttində silahlı toqquşma qeydə alınıb.
Məlumata əsasən, Əfqanıstan hərbi qulluqçuları terrorçu qruplaşmaların Pakistan ərazisinə keçməsini təmin etmək məqsədilə qarşı tərəfin mövqelərini atəşə tutublar.
Görülən cavab tədbirləri nəticəsində bir sıra əfqan hərbçi həyatını itirib.
Eyni zamanda, Əfqanıstana aid hərbi düşərgənin də sıradan çıxarıldığı vurğulanıb.
Sözügedən insident Yuxarı Kurram və Qozgərhi sərhəd ərazilərində baş verib.
