01:33

Nyu-York metropolitenində otuz yaşlı şəxs güllələnib

Nyu-York metropolitenində otuz yaşlı şəxs güllələnib

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki metro stansiyalarından birində otuz yaşlı vətəndaş odlu silahla qətlə yetirilib.

Nyu-York Polis İdarəsinin yaydığı məlumata əsasən, insident oktyabrın 17-də yerli saatla saat 12:21 radələrində Manhetten rayonunun mərkəzi hissəsində yerləşən "53-cü küçə – Yeddinci avenyu" stansiyasında qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan biri E xətti ilə şimala doğru hərəkət edən qatar platformasında dayanan şəxsə atəş açaraq ərazidən uzaqlaşıb.

Asayiş keşikçiləri təhlükəsizlik kameralarının yaddaşına yazılmış qətldə şübhəli bilinən şəxsin kadrlarını ictimaiyyətə təqdim ediblər.

Hüquq-mühafizə qurumları axtarışda olan şəxsin harada gizləndiyini bilən vətəndaşları polislə əlaqə saxlamağa çağırıblar.

Faktla əlaqədar olaraq istintaq tədbirləri davam etdirilir.