
Lider.com.az istinadən bildirir ki, Gəncədə bıçaqlanma insidenti qeydə alınıb.
Hadisə Gəncə Dövlət Kukla Teatrının binasının yaxınlığında baş verib.
Məlumata əsasən, 1976-cı il təvəllüdlü Zaur Mustafayev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə tibb müəssisəsinə hospitalizasiya olunub. Zərərçəkən həmin teatrda mühafizəçi vəzifəsini icra edir. İlkin ehtimallara görө, ona 15 yaşlı yeniyetmə tərəfindən bıçaq zərbələri endirilib.
Məsələ ilə əlaqədar olaraq müvafiq araşdırmalara start verilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək tutulması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir.
