
Lider.com.az istinadən bildirir ki, İraq rəhbərliyi qonşu İranla sərhəddə yerləşən nəzarət-buraxılış məntəqələrinin böyük hissəsinin fəaliyyətini növbəti xəbərdarlığa qədər dayandırıb.
Bildirilir ki, bu qərar Bağdadın sentyabr ayında Səudiyyə Ərəbistanına qarşı İraq torpaqlarından təşkil olunan hücumlarda Tehranın əlinin olduğunu göstərən sübutlar əldə etməsindən dərhal sonra qəbul olunub.
Məlumatlara əsasən, sərhəd keçidlərinin bağlanması əmrini İraqın Baş naziri Əli əz-Zeydi şəxsən özü verib.
İraq tərəfi hesab edir ki, İran təkcə Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinin hədəf alınmasında iştirak etməyib, həm də sərhədyanı zonalarda dron yığmaq üçün lazım olan detalların daşınmasını təmin edib.
Qeyd olunur ki, həmin pilotsuz uçuş aparatları sonradan Səudiyyə Ərəbistanı istiqamətindəki hücumlarda işlədilib.
Hələlik həm İraqın, həm də İranın rəsmi qurumları baş verənlərlə bağlı h heç bir açıqlama verməyiblər.
